02/05/2012 05:42

Azərbaycan nümayəndə heyəti KADEX və SOFEX sərgilərinə qatılacaq

Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti Qazaxıstanda və İordaniyada keçiriləcək hərbi sərgilərə qatılacaqlar. “AzeriDefence”nin bildirdiyinə görə, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd olunub ki, Müdafiə Nazirliyinin nümayəndə heyəti mayın 3-dən 6-dək Qazaxıstanın paytaxtı Astanada keçiriləcək KADEX-2012 beynəlxalq sərgisinə qatılacaq.

Bundan başqa, Azərbaycan heyəti mayın 7-dən 10-dək İordaniyanın paytaxtı Amman şəhərində keçiriləcək SOFEX-2012 xüsusi əməliyyat qüvvələri sərgisində iştirak edəcək.