15/05/2013 06:00

Azərbaycan Ordusu cəbhədə təlimlərə başladı

Azərbaycan Silahlı Qüvvələri cəbhə bölgəsində növbəti genişmiqyaslı hərbi təlimlərə başlayıb. “AzeriDefence”nin bildirdiyinə görə, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Həftənin sonuna qədər davam edəcək təlimlər müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin komandanlığı altında keçirilir.

Təlimlərə Quru Qoşunları və Hərbi Hava Qüvvələrinin şəxsi heyəti cəlb olunub.