08/10/2013 09:11

Azərbaycan Ordusu tədris prosesində T-90 və BMP-3 simulyatorlarından istifadə edəcək – FOTOLAR

Azərbaycan Silahlı Qüvvələri yaxın vaxtlarda yeni döyüş texnikalarının simulyatorlarını istifadəyə qəbul edəcək. “AzeriDefence”nin xəbərinə görə bu barədə Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində (TTM) ictimaiyyət nümayəndələrinin tanışlıq səfərində məlumat verilib.

Hazırda TTM-də tədris prosesində BMP-2 tipli piyadaların döyüş maşınlarının, 2S1 “Qvozdika” tipli özüyeriyən haubitsaların, tank əleyhinə idarə olunan raket komplekslərinin və T-72 əsas müharibə tanklarının simulyatorlarından geniş istifadə olunur. Simulyatorlar heyətə texnikanı idarə etmək, virtual şəkildə verilmiş hədəfləri məhv etməyə imkan verir. Bu sistemlərin proqram təminatı sürücü və komandirə hər cür hava şəraitinə uyğun planları icra etməyə, öz bacarıqlarını artırmalarına şərait yaradır.

“AzeriDefence”nin əldə etdiyi məlumata görə, yaxın vaxtlarda Tədris Mərkəzində T-90S tanklarının və BMP-3 tipli piyadaların döyüş maşınlarının da simulyatorlarının qurulması planlaşdırılır.