25/09/2014 08:30

Azərbaycan pilotları ilk dəfə F-16 təyyarələrində uçuşlar keçirirlər

Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin birgə təlimləri davam edir. Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bu gün təlimlərdə iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotları ilk dəfə olaraq ikiyerli döyüş-təlim F-16 tipli qırıcı təyyarələrində Türkiyə pilotları ilə birgə uçuşlar yerinə yetiriblər.

Təlim uçuşları zamanı pilotların bu tip təyyarələrin idarə olunması üzrə peşəkar bacarıqları və uçuş heyətinin ümumi hazırlığı yoxlanılıb.

Hərbi Hava Qüvvələrinin təlimləri oktyabrın 3-dək davam edəcək.