25/05/2015 13:13

Azərbaycan-Rusiya hərbi dəniz təliminin planlaşdırma konfransı keçirilib

Həştərxanda Rusiya Hərbi Dəniz Qüvvələrinin Xəzər Flotiliyasının qərargahında cari ilin sentyabr ayında Xəzər dənizində keçiriləcək birinci Azərbaycan-Rusiya hərbi təliminin planlaşşdırma konfransı keçirilib.Bu barədə “AzeriDefence” Rusiya Müdafiə Nazirliyinin saytına istinadən məlumat verib.

Konfransda Rusiya tərəfindən nümayəndə heyətinə Xəzər Flotiliyasının döyüş hazırlığının idarəsinin rəis müavini, I dərəcəli kapitan Vladimir Suxorukov, Azərbaycan tərəfindən isə Hərbi-Dəniz Qüvvələrlərinin əməliyyat bölməsinin rəisi, II dərəcəli kapitan Ömər Allahverdiyev rəhbərlik edib.

Müzakirələrin gedişatında hərbi nümayəndə heyətləri “Xəzər dənizində dəniz iqtisadi obyektlərinin müdafiəsi üzrə birgə əməliyyatlar” mövzusunda təlimin Xəzər dənizinin mərkəzi hissəsində keçirsilməsi haqqında razılaşma əldə ediblər.

Beynəlxalq təlimdə təxminən Rusiya və Azərbaycandan 10 suüstü gəmi iştirak edəcək.