14/05/2014 11:42

Azərbaycan Rusiyadan “Xrizantema-S” alır – EKSKLÜZİV

Azərbaycan Rusiyadan “Xrizantema” (NATO kodu AT-15 “Springer”) tank əleyhinə özüyeriyən raket kompleksləri alır.
AZERİ DEFENCE jurnalının son sayında yer alan məlumata görə, Azərbaycan Silahlı Qüvvələrinin “Rostexnologiya” şirkətinə verdiyi sifarişə “Xrizantema-S” sistemləri daxildir ki, bu da sələfindən bir sıra geniş imkanları ilə fərqlənir.

“Xrizantema-S” döyüş komplektində lazer və radiosiqnala idarə olunan 4 fərqli raket tipi, habelə axtarış radarı və optik nişangah yer alır.

BMP-3 döyüş maşınlarının şassisi üzərində yerləşməsi onun manevr imkanlarını daha da artırır.