24/01/2015 08:41

Azərbaycan əsgərləri bir gündə 3 erməni hərbçisini məhv etdilər

Cəbhə xəttində baş verən atışmalarda Ermənistan Silahlı Qüvvələrinin 3 hərbi qulluqçusu Azərbaycan hərbçiləri tərəfindən məhv edilib.

“AzeriDefence”nin məlumatına görə, ermənilər bu gün itkilərinin ikisi barədə məlumatı açıqlasalar da Azərbaycan tərəfinin qeydə aldığı üçüncü itki barədə məlumat erməni mediasında yer almayıb.

«Üçüncü hərbçi Qarabağda məhv edilib. Təcrübə göstərir ki, yalnız Ermənistandan olan hərbçilər öldürüldüyü halda onlar haqqında informasiyalar üzə çıxır», – deyə mənbə bildirib.

Qarşı tərəfin ilkin rəsmi məlumatına görə, cəbhə xəttində atışma zamanı Karen Qalstyan adlı leytenant rütbəli zabit və Artak Sarkisyan adlı sıravi əsgər öldürülüb.