18/07/2013 12:57

Azərbaycan əsgərləri Ermənistandan Gürcüstana gedən yolu bağladılar

Azərbaycan Ordusu Ermənistan ərazisində – İrəvan-Tiflis avtomobil yolunu bağlayıb. “AzeriDefence”nin məlumatına görə, belə bir bəyanatı Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan verib.

A. Ovannisyanın sözlərinə görə, Azərbaycan tərəfi aiyulun 16 və 17-də Ermənistanın Tavuş əyalətinin Baqanis sahəsində atəşkəsi pozub. Yaranmış vəziyyətlə əlaqədar İrəvan-Tiflis avtomobil yolunun qeyd olunan sahəsi bağlanıb və ehtiyat yoldan istifadə olunub.