27/06/2013 00:23

Azərbaycan Silahlı Qüvvələri – 95

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 95 il ötür. Keşməkeşli bir dövrdə yaranmış Azərbaycan Silahlı Qüvvələri bu gün öz döyüş qabiliyyətinə, maddi-texniki imkanlarına, arsenalına görə, Cənubi Qafqaz, Mərkəzi Asiya və Şərqi Avropada ön yerlərdə dayanır.

AZERİ DEFENCE jurnalının kollektivi bu bayram və yubiley münasibəti ilə Silahlı Qüvvələrimizinin şəxsi heyətini, qazilərimizi, şəhid ailələrimizi və Azərbaycan xalqını təbrik edir!

Azərbaycan Əsgərinin üçrəngli bayrağımızı işğal altında olan ərazilərimizə sancacağı gün uzaqda deyil.

Bayrağımız uca, Dövlətimiz dünya durduqca var olsun!

Allah Azərbaycanı və onun keşiyində dayanan insanları qorusun!

Bayramımız mübarək!