30/05/2012 05:18

Azərbaycan Silahlı Qüvvələrində müasir logistik sistem qurulur

Azərbaycan Silahlı Qüvvələrində NATO hərbi qüvvələrindəkinə bənzər logistik sistemin qurulması planlaşdırılır. Bu barədə “AzeriDefence”yə NATO-nun Maddi-Texniki Təchizat Agentliyindən (NAMSA) məlumat verilib.

Azərbaycan tərəfi belə bir sistemin qurulmasına dəstək vermək məqsədi ilə Türkiyənin Azərbaycandakı hərbi attaşeliyi vasitəsi ilə NAMSA-ya müraciət edib. Agentliyin ekspert qrupu aprel ayının sonlarında Bakıya gələrək Azərbaycan Müdafiə Nazirliyinin müvafiq strukturları üçün təqdimat və seminarlar keçirib. Hazırda tərəflər arasında fikir mübadiləsi davam etdirilir.