29/06/2015 18:49

Azərbaycan Silahlı Qüvvələrinin NATO ilə birgə əməliyyatlar üçün ayırdığı şəxsi heyətin sayı artırılıb

Azərbaycan bu ilin əvvəlindən Əməliyyat İmkanları Konsepsiyası (OCC) NATO-nun Ortaq Qüvvələr Birliyinə bəyan edilmiş qüvvələrini artırıb.
“AzeriDefence”nin məlumatına görə, cari ilin əvvəlində Azərbaycan Silahlı Qüvvələrinin Ortaq Qüvvələr Birliyi üçün nəzərdə tutulan taboruna əlavə olaraq bir kəşfiyyat bölüyü bəyan edilib. Bununla da Azərbaycan Silahlı Qüvvələrinin OCC üçün ayırdığı şəxsi heyətin sayı artırılıb.

Qeyd edək ki, bir neçə il əvvəl Azərbaycanın 2015-ci ildə OCC taborunun struktrunun briqada səviyyəsinə çıxarılmasının planlandığı bildirilmişdi. Bura sülhməramlı taborun da daxil edilməsi nəzərdə tutulurdu.

Xatırladaq ki, Silahlı Qüvvələrin OCC tabooru 2014-cü ilin may ayında NATO-nun qiymətləndirmə təlimlərindən müvəffəqiyyətlə keçərək “Döyüşə hazır” sertifikatını alıb.