10/10/2013 07:45

Azərbaycan Silahlı Qüvvələrinin yenidən yaranmasından 22 il ötür

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yenidən yaranmasından 22 il ötür. “AzeriDefence”nin məlumatına görə, 9 oktyabr 1991-ci il tarixində keçmiş Ali Sovet (Milli Məclis) Azərbaycan Silahlı Qüvvələrinin yaradılması barədə qərar qəbul edib. Həmin gün Azərbaycan Silahlı Qüvvələrinin ilk hərbi hissəsinin yaradılması elan edilib.

Bibiheybətdəki 18110 saylı hərbi hissənin bazasında yaradılan ilk hərbi hissə bu gün 701 saylı hərbi hissə olaraq tanınır.

Briqada sistemi üzrə yaradılan Silahlı Qüvvələrin ilk hərbi hissəsinin komandiri polkovnik Zadir Rzayev təyin edilib. Həmin il dekabr ayının 8-də Şəhidlər Xiyabanında Hərbi Andı qəbul edən birinci briqada Şuşa, Laçın, Kəlbəcər, Goranboy, Füzuli, Qubadlı, Ağdam, Tərtər rayonları uğrunda gedən döyüşlərdə iştirak edib.

Bu gün eyni zamanda Azərbaycan Silahlı Qüvvələrinin ilk hərbi paradının keçirilməsindən 21 il ötür.