26/07/2012 16:59

Azərbaycan son iki ildə 3.7 mlrd.dollarlıq hərbi sifarişlər verib – EKSKLÜZİV

Ilk üçlükdə İsrail, Rusiya və Türkiyə
Azərbaycan son iki ildə Silahlı Qüvvələrin gücləndirilməsi üçün 3,7 milyard ABŞ dollarından artıq dəyərdə yeni silah/hərbi texnika sifariş verib. Bu barədə “AzeriDefence.com” saytına eksklüziv olaraq Azərbaycan hökumətindən məlumat verilib.

Sifarişlərin həcminə görə, birinci 3 yeri İsrail, Rusiya və Türkiyə tutub. Sonrakı yerlərdə Ukrayna, CAR, Belarus və digər ölkələr gəlir.

Son iki ildə Azərbaycanın İsrailə verdiyi sifarişlər 1,6 mlrd.dollardan, Rusiyaya sifarişləri 1,1 mlrd.dollardan, Türkiyəyə sifarişi isə 300 mln.dollardan çox olub. Sifarişlərin əhəmiyyətli hissəsi 2011-ci ilin əvvəllərindən başlayaraq çatdırılıb.

Ümumilikdə Azərbaycanın son iki ildə verdiyi hərbi sifarişlərin ümumi dəyəri Gürcüstan və Ermənistanın birlikdə son iki ildəki hərbi xərclərindən çoxdur.

Qeyd edək ki, prezident İlham Əliyev iyunun 26-da Heydər Əliyev adına Ali Hərbi Məktəbin buraxılış mərasimindəki çıxışında son bir neçə il ərzində hərbi xərclərin 20 dəfədən çox artdığını bildirib. Ötən dövrdə ordunun hərbi potensialını böyük dərəcədə gücləndirildiyini deyən Ali Baş Komandan xaricdən böyük sayda silah, texnika, sursatlar alındığını, bu prosesin növbəti illərdə də davam edəcəyini bəyan edib.