20/02/2013 19:57

Azərbaycan TAİ-nin aviasiya texnikalarına maraq göstərir

Azərbaycan Türkiyənin TAİ şirkətinin istehsalı olan bir sıra aviasiya texnikalarına maraq göstərir. Bu barədə “AzeriDefence”yə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabi şəhərində keçirilən İDEX-2012 sərgisində təmsil olunan TAİ şirkətindən məlumat verilib.

TAİ nümayəndələrinin sözlərinə görə, Azərbaycandan həm T-129 ATAK, həm də şirkətin istehsalı olan hədəf təyyarələri – dronlara maraq ifadə olunub.

“Azərbaycanın TAİ-dən 60 ədəd ATAK alacağı barədə yayılan məlumatlar həqiqət deyil. Azərbaycanda belə bir tender olmayıb və eyni zamanda bizimlə alğı-satqı ilə bağlı görüş keçirilməyib”, – deyə TAİ nümayəndələri bildiriblər.

Şirkət nümayəndələrinin verdikləri məlumata görə, TAİ T-129 ATAK helikopteri ilə Cənubi Koreyada keçirilən bir tenderdə iştirak edir və son seçim turuna keçib.