04/05/2015 21:00

Azərbaycan-Türkiyə-Gürcüstan Silahlı Qüvvələri rəhbərlərinin görüşünün yekunlarına dair Protokol imzalanıb

Ankarada səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti mayın 4-də Türkiyənin banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəyə – Anıtqəbirə gedib.

Müdafiə naziri Atatürkün məzarını ehtiramla ziyarət edib, önünə əklil qoyub və Şərəf kitabına ürək sözlərini yazıb.

Sonra Türkiyənin Baş Qərargahında Azərbaycan-Türkiyə-Gürcüstan Silahlı Qüvvələri rəhbərlərinin birinci görüşü keçirilib.

Görüşdə üç ölkənin Silahlı Qüvvələri arasında əməkdaşlığın tənzimlənməsi məqsədilə Koordinasiya Qrupunun yaradılması qərara alınıb.

Qurumun məqsədi birgə təlimlər, kurslar və treninqlərin keçirilməsi, təhsil və tibb sahəsində əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsi və qarşılıqlı maraq doğuran digər məsələlərin əlaqələndirilməsi olacaqdır.

Görüşün yekunlarına dair Protokol imzalanıb.