29/10/2013 19:36

Azərbaycan Türkiyədən 183 ədəd zirehli transportyor alıb

Azərbaycan 2010-2011-ci illərdə Türkiyədən 183 ədəd zirehli personal daşıyıcı alıb. “AzeriDefence”nin xəbərinə görə, bu barədə BMT Adi Silahlar Registrinə təqdim olunmuş hesabatda bildirilib.

Bu zirehli transportyorlardan 35 ədədi 2010, 148 ədədi isə 2011-ci ildə alınıb. Alınmış zirehli transportyorlar arasında əsas yeri “Otokar” firmasının istehsalı olan “Cobra”lar tutub.