19/07/2012 17:31

Azərbaycan, Türkmənistan və Qazaxıstan gəmilərinə rus raketləri

Hər üç ölkə “Uran-E” kompleksi alırAzərbaycan Rusiyadan “Uran-E” gəmi raket kompleksləri alacaq. “AzeriDefence.com” saytının məlumatına görə, bu barədə Rusiyanın “Taktik Raket Silahlandırmaları” Korporasiyasının 2010-cu ilə dair hesabatında qeyd olunub.

Azərbaycan ümumilikdə 75 milyon ABŞ dolları dəyərində sifariş verib. Sifariş üzrə çatdırılmaların son tarixi 2014-cü ildir.

Azərbaycanla yanaşı Xəzəryanı ölkələrdən Türkmənistan və Qazaxıstan da analoji komplekslərdən sifariş verib. Türkmənistanın sifarişinin məbləği 79.8 milyon dollar təşkil edir və çatdırılmalar bu il yekunlaşmalıdır. Türkmənistanın yerləşdirdiyi 40 milyon dollarlıq ikinci sifariş üzrə komplekslər isə 2014-cü ildə təhvil veriləcək. Qazaxıstanın sifarişi isə 30 milyon dollar həcmindədir və bu ölkənin sifarişi üzrə çatdırılmalara 2013-cü ildə başlanacaq.

Qeyd edək ki, “Uran-E” kompleksi 5 min tona qədər çəkili suüstü gəmilərin məhvi üçün nəzərdə tutulub. Kompleks suüstü gəmilərin, katerlərin və köməkçi gəmilərin silahlandırılmasında istifadə olunur. Kompleksin atış uzaqlığı 5-130 km təşkil edir. kompleks 2-3 saniyə intervalla, eyni zamanda 6-dək hədəfə
atəş aça bilir.