30/11/2013 15:12

Azərbaycan-Ukrayna hərbi texniki əlaqələri müzakirə olunub

Noyabrın 29-da müdafiə sənayesi nazir Yavər Camalov Ukraynanın “Ukrspecexport” şirkətinin baş direktoru Aleksandr Kovalenkonu qəbul edib. Bu barədə “AzeriDefence”yə Müdafiə Sənayesi Nazirliyindən məlumat verilib.

Nazir Yavər Camalov Azərbaycan ilə Ukrayna arasında müxtəlif sahələrdə inkişaf edən ikitərəfli əməkdaşlığı yüksək qiymətləndirdiyini vurğulayıb.

Görüşdə Müdafiə Sənayesi Nazirliyi ilə “Ukrspecexport” şirkəti arasında mövcud olan əməkdaşlığın inkişaf etdirilməsinə dair geniş müzakirələr aparılıb.