24/03/2014 16:53

Azərbaycan-Ukrayna hərbi ticarətinə Krım badalağı – EKSKLÜZİV

Krım Muxtar Respublikasında baş verən hadisələr Azərbaycan Ukrayna hərbi ticarətində problem yaradır. Bu barədə “AzeriDefence”yə Azərbaycan hökumətindən məlumat verilib.Belə ki, Azərbaycanın Ukraynaya verdiyi son sifarişlərin əhəmiyyətli hissəsi 2014-2015-ci illərdə Krımda yerləşən müəssisələr tərəfindən realizə olunmalıydı. Hətta bu sifarişlər üzrə Ukraynaya avans ödənişlər edilib.

Bu sifarişin əsas hissəsi dəniz texnologiyaları və aviasiya sistemləri ilə bağlı olub. Öz növbəsində, sifarişlərin böyük hissəsi “Fiolent” ASC-nin payına düşüb.

Azərbaycan tərəfi məsələlərə aydınlıq gətirilməsi üçün artıq “Ukroboronprom” konserninə sorğu göndərib.