14/05/2014 11:01

Azərbaycan və CAR arasında hərbi-texniki əməkdaşlıq müzakirə olunub

Müdafiə sənayesi naziri Yavər Camalov Cənubi Afrika Respublikasının (CAR) Azərbaycandakı səfiri Vika Xumalo ilə görüşüb. Bu barədə “AzeriDefence”yə Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazir Yavər Camalov səfirə Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti ilə bağlı məlumat verib.

Görüşdə iki ölkə arasında müdafiə sənayesi üzrə mövcud olan hərbi-texniki əməkdaşlığın perspektivləri müzakirə edilib.