23/05/2015 18:18

Azərbaycan və Əfqanıstan arasında sərhəd mühafizəsi sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının komandanı general-polkovnik Elçin Quliyev Əfqanıstan İslam Respublikası prezidentinin MDB ölkələri üzrə səlahiyyətli nümayəndəsi Mohammad Şaker Kargarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə “AzeriDefence”yə DSX-nin mətbuat mərkəzindən məlumat verilib.

Görüş zamanı Dövlət Sərhəd Xidməti və Əfqanıstanın aidiyyəti qurumları arasında əlaqələrin inkişafı, o cümlədən beynəlxalq terrorçuluq, qeyri-leqal miqrasiya, narkotiklərin daşınması kimi cinayətlərlə mübarizə sahəsində əməkdaşlıq məsələlərinə toxunulub.

Tərəflər arasında sərhəd mühafizəsi və sərhəd nəzarəti məntəqələrinin fəaliyyəti sahəsində təcrübə mübadiləsi, əfqan hərbi qulluqçuları üçün tədrisin təşkili, müxtəlif ixtisas sahələri üzrə təlim və təkmilləşdirmə kurslarının həyata keçirilməsi, elecə də əfqan sərhədçilərinin Dövlət Sərhəd Xidmətinin tibb müəssisələrində müalicəsi və sağlamlıqlarının bərpası ilə bağlı müzakirələr aparılıb.