17/01/2013 07:57

Azərbaycan və İndoneziya arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq müzakirə olunub

Azərbaycan Müdafiə Sənayesi Nazirliyində (MSN) İndoneziyanın Müdafiə Nazirliyinin baş katibi, marşal Eris Herryantonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub. Bu barədə “AzeriDefence”yə MSN-dən məlumat verilib.

Görüşdə nümayəndə heyətinə nazirliyin fəaliyyəti ilə bağlı məlumat verilib.

İndoneziya ilə Azərbaycan arasında müdafiə sənayesi sahəsi üzrə əməkdaşlığın perspektivləri müzakirə olunub.

Nümayəndə heyətinin başçısı Eris Herryanto qəbula görə minnətdarlığını bildirib. Görüşdə İndoneziyanın Azərbaycandakı səfiri Raden Prayono Atiyanto da iştirak edib.

Səfər çərçivəsində nümayəndə heyəti Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan məmulatlarla tanış olmaq üçün nazirliyin Elektron Hesablayıcı Maşınlar zavodunda olub.