19/11/2014 19:14

Azərbaycan və Pakistan hərbi əməkdaşlığı dərinləşdirir

Pakistanda səfərdə olan Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Pakistan Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri, general Rəşad Mahmudla görüşüb.

Bu barədə “AzeriDefence” Pakistan Silahlı Qüvvələrinin ictimaiyyətlə əlaqələr mərkəzinə (İSPR) istinadən məlumat verib.

Generallar iki ölkənin Silahlı Qüvvələri arasında qarşılıqlı əməkdaşlıq və regional təhlükəsizliklə bağlı məsələləri müzakirə ediblər. Görüşdə Azərbaycan və Pakistan Silahlı Qüvvələri arasında əməkdaşlığın dərinləşdirilməsi barədə razılığa gəlinib.