22/02/2014 08:11

Azərbaycan və Qazaxıstan arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq müzakirə edilib

Elektron Hesablayıcı Maşınlar zavodunda Müdafiə Sənayesi Nazirliyinin nümayəndələri ilə Azərbaycanda səfərdə olan Qazaxıstanın müdafiə nazirinin müavini Abdraim Bakıtjanın rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib. Bu barədə “AzeriDefence”yə MSN-in mətbuat xidmətindən məlumat verilib.

Qazaxıstan nümayəndə heyətinə Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti ilə bağlı məlumat verilib.

Görüşdə Azərbaycan ilə Qazaxıstan arasında müdafiə sənayesi sahəsi üzrə əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Görüşdən sonra nümayəndə heyəti nazirliyin müəssisələrində istehsal olunan müdafiə təyinatlı məmulatların sərgisinə baxıb.