28/01/2012 11:58

Azərbaycan və Qazaxıstan birgə hərbi müəssisə yaradacaq

Azərbaycan və Qazaxıstan bəzi hərbi məhsulların birgə istehsalını həyata keçirmək və tədqiqatlar aparmaq üçün birgə müəssisə yaratmaq niyyətindədirlər. bu barədə “AzeriDefence” saytına “Kazakhstan Engineering” şirkətindən məlumat verilib.

Bununla bağlı tərəflər arasında ötən il iki görüş keçirilib. Hazırda əməkdaşlığın istiqamətləri müzakirə olunmaqdadır.

Şirkətdən həmçinin qeyd olunub ki, ötən ilin sonlarında Azərbaycan Silahlı Qüvvələrinin nümayəndə heyəti üçün “Kazakhstan Engineering” müəssisələrində istehsal edilən bəzi hərbi məmulatların təqdimatı keçirilib. Bir sıra məhsullar Azərbaycanın Silahlı Qüvvələrinə təklif olunub.