29/01/2013 11:48

Azərbaycan və Rumıniya arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq müzakirə olunub

Müdafiə sənayesi naziri Yavər Camalov Rumıniyanın Azərbaycandakı səfiri Daniel Kristian Çiobanunu qəbul edib. Bu barədə “AzeriDefence” Müdafiə Sənayesi Nazirliyinə istinadən məlumat verib.

Görüşdə Azərbaycan ilə Rumıniya arasındakı ikitərəfli münasibətlərin yüksək qiymətləndirildiyi vurğulanıb.

Y. Camalov səfirə Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti barədə məlumat verib.

Görüş zamanı “Azərbaycan Respublikası Hökuməti ilə Rumıniya Hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun layihəsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb.