30/05/2013 10:15

Azərbaycan və Rusiya Sərhəd Qoşunlarının komandanları protokol imzalayıb

Mayın 25-də Rusiya Federasiyasının “Yaraq-Kazmalyar” buraxılış məntəqəsində Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev və Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin rəhbəri, general-polkovnik Vladimir Kulişovun rəhbərlik etdiyi nümayəndə heyətlərinin işçi görüşü keçirilib. Bu barədə “AzeriDefence”yə DSX-dən məlumat verilib.

Görüş zamanı Azərbaycan-Rusiya sərhədində, dövlət sərhədindən buraxılış məntəqələrində, Xəzər dənizində əməliyyat şəraiti barədə fikir mübadiləsi aparılıb. Sərhəd əməkdaşlığının inkişafı və transsərhəd cinayətkarlığa qarşı mübarizə tədbirləri yüksək qiymətləndirilib.

Dövlət sərhədində təhlükəsizliyin təmin edilməsi məqsədilə əməkdaşlığın genişləndirilməsi, məlumat mübadiləsinin gücləndirilməsi vacibliyi vurğulanıb.

Görüşün nəticələrinə dair Protokol imzalanıb.