18/01/2013 11:36

Azərbaycan və Türkiyə arasında hərbi sahədə bir neçə dövlətlərarası sənəd imzalanacaq

Azərbaycan və Türkiyə arasında hərbi sahədə yaxın vaxtlarda bir neçə dövlətlərarası sənədin imzalanması gözlənilir. Bu barədə “AzeriDefence”yə eksklüziv olaraq Azərbaycan hökumətindən məlumat verilib.

İmzalanacaq sənədlərin arasında 2013-cü ildən etibarən ildə bir dəfə iki ölkənin Silahlı Qüvvələrinin iştirakı ilə birgə təlimlərin keçirilməsi, müdafiə sənayesi sahəsində Türkiyədə həyata keçirilən bəzi layihələrə qatılım və s. yer alacaq.