25/02/2014 09:10

Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə təlimi keçirilib

“Qış-2014” – FOTOSESSİYATürkiyənin Qars vilayətində Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin bölmələrinin iştirakı ilə “Qış-2014” taktiki təlimi keçirilib. Bu barədə “AzeriDefence” Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının saytına istinadən məlumat verib.

Ağbaba poliqonunda fevralın 18-də başlamış və iki gün davam etmiş təlimdə hər iki ölkənin bölmələri tərəfindən birgə praktik atışlar həyata keçirilib.

“Təlimin məqsədi Türkiyə və Azərbaycan Silahlı Qüvvələrinin birlikləri və şəxsi heyəti arasındakı dostluq əlaqələrini gücləndirmək, birliklərin qarlı və şiddətli soyuqlarda döyüş imkan və qabiliyyətlərini sınaqdan çıxarmaq, qış şərtlərində ərazidə yerləşmə, iaşə, geyim, təchizat və baxım fəaliyyətlərini öyrənməkdir”, – deyə məlumatda bildirilib.

Təlimə 85-i Azərbaycandan olmaqla 1714 nəfər qatılıb.