21/03/2015 14:11

Azərbaycan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi başlayır

Ankarada Azərbaycan və Türkiyə Xüsusi təyinatlı qüvvələrinin iştirakı ilə birgə təlimlər keçiriləcək.“AzeriDefence”nin bildirdiyinə görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Martın 22-dən 29-dək davam edəcək təlimin məqsədi iki ölkənin xüsusi təyinatlı birlikləri arasında dostluq, əməkdaşlıq və koordinasiyanı inkişaf etdirmək, qarşılıqlı məlumat və təcrübə mübadiləsi aparmaq, birgə əməliyyat keçirmə qabiliyyətini möhkəmləndirməkdir.

Təlimə Türkiyədən və Azərbaycandan bir xüsusi təyinatlı dəstə, Türkiyədən iki ədədə helikopter və bir nəqliyyat təyyarəsi qatılacaq.