24/06/2014 10:14

Azərbaycan xüsusi təyinatlıları Türkiyədə paraşütçü kursu keçdilər – FOTO

Türkiyə Silahlı Qüvvələrinin tədris mərkəzində Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin 25 hərbçisinə təlim keçirilib. Bu barədə “AzeriDefence” Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının saytına istinadən məlumat verib.

Mayın 12-dən başlamış 6 həftəlik kursda Azərbaycan xüsusi təyinatlılarına “Hərbi Sərbəst Paraşüt Kursu” keçirilib. İlk dəfə olaraq Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin şəxsi heyətinə havadan silahlı və tam təchizatlı düşmən arxasına sızma qabiliyyəti qazandırılıb.

Azərbaycan xüsusi təyinatlıları həmçinin Türkiyə Xüsusi Təyinatlı Qüvvələrinin hazırlıq mərkəzində paraşütçülərin yerüstü təlimi üçün nəzərdə tutulan Şaquli Külək Tunelində (DRT) də təlimlər keçib.