17/07/2013 09:45

Azərbaycan yaxın vaxtlarda MP-5i tapança pulemyotların istehsalına başlayacaq

Yaxın vaxtlarda Azərbaycanda Türkiyənin lisenziyası ilə MP-5 tipli tapança pulemyotların istehsalı prosesinə başlanılacaq. Bu barədə “AzeriDefence”yə eksklüziv olaraq Bakıda səfərdə olan Türkiyə müdafiə sənayesi heyətindən məlumat verilib.
Artıq Azərbaycanın İqlim zavodu ilə Türkiyənin Makina və Kimya Sənayesi Qurumu (MKE) arasında bununla bağlı zəruri anlaşmalara imza atılıb. İstehsal prosesinin qurulması istiqamətində işlər aparılır.

İlkin mərhələdə silahın müəyyən detallarının Azərbaycanda istehsalı, növbəti mərhələdə isə tam olaraq Azərbaycanda istehsalı planlaşdırılır.

Qeyd edək ki, MKE ilə Müdafiə Sənayesi Nazirliyi arasında MP-5 tipli tapança-pulemyotun Azərbaycanda istehsalına dair niyyət protokolu 2011-ci ilin fevral ayında imzalanıb.