22/09/2013 15:27

Azərbaycan zirehli gödəkcə və dəbilqələrin istehsalına başlayıb –FOTO

Azərbaycan Müdafiə Sənayesi Nazirliyi (MSN) zirehli gödəkcə və dəbilqələrin istehsalına başlayıb. “AzeriDefence”nin məlumatına görə, zirehli gödəkcə və dəbilqə xarici firmaların iştirakı olmadan istehsal edilir.

Hər iki məmulat – zirehli gödəkcə və dəbilqə standartlara cavab verən qoruma səviyyəsinə malikdir.

Zirehli gödəkcə və dəbilqə cari ilin may ayında Türkiyədə İDEF-2013 beynəlxalq müdafiə sərgisində nümayiş etdirilib.

Qeyd edək ki, 2010-cu ildə MSN və İordaniyanın NP Aerospace Jordan çirkəti arasında imzalanmış müqaviləyə əsasən İordaniya şirkəti Azərbaycana bədən zirehi və dəbilqələrin istehsalı üçün lisenziya vermişdi. Lakin bu firmanın həmtəsisçisi olan İngiltərənin NP Aerospace firmasının müdaxiləsindən sonra İordaniya şirkəti lisenziyanı geril alıb.