20/02/2013 19:56

Azərbaycanda polimer tapançaların testlərinə başlanıb

Türkiyə mühəndisləri tərəfindən hazırlanmış polimer gövdəli tapançaların Azərbaycanda testlərinə başlanıb. Bu barədə “AzeriDefence”yə açıqlamasında TİSAŞ şirrkətinin baş direktoru Əhməd Aləmdaroğlu məlumat verib.

Ə. Aləmdaroğlunun sözlərinə görə, artıq testlərin keçirilməsi üçün tapançalar Azərbaycana göndərilib.

“Azərbaycan yetkililəri tapançaları testdən keçirib qərar verəndən sonra, Bakıda onların istehsalını quracağıq”, – deyə şirkət rəhbəri vurğulayıb.

Qeyd edək ki, hazırda TİSAŞ şirkətinin iştirakı ilə Azərbaycanda Zəfər, Zəfər-K və İnam adlı tapançaların istehsalı həyata keçirilir.