11/04/2013 11:56

Azərbaycanda sursatların utilizasiyası mərkəzi yaradılıb

Azərbaycanda silah və sursatların utilizasiyası üçün müasir mərkəz yaradılıb. “AzeriDefence”nin məlumatına görə, Müdafiə Sənayesi Nazirliyinin nəzdində yaradılmış mərkəzdə istifadə müddəti bitmiş silah və döyüş sursatlarının utilizasiyası həyata keçiriləcək.

Mərkəz Polşanın “Jakusz” firmasının istehsalı olan avadanlıqlarla təchiz edilib.

Hazırda utilizasiya prosesini həyata keçirəcək kadrların hazırlanması istiqamətində işlər aparılır.

Utilizasiya mərkəzinin yaxın vaxtlarda istifadəyə verilməsi planlaşdırılır.