05/05/2015 20:14

Azərbaycanda yaradılan snayper patronu İDEF-2015 sərgisinə çıxarılıb

Azərbaycan Müdafiə Sənayesi Nazirliyi snayper tüfəngləri üçün xüsusi patronların istehsalına hazırlaşır. “AzeriDefence”nin məlumatına görə İDEF -2015 sərgisində MSN müəssisələrində yaradılmaqda olan snayper tüfəngi üçün patronların nümunələri nümayiş olunub.

Nazirlik mütəxəssislərinin sözlərinə görə, hazırda 9×39 mm çaplı patronların nümunələri yaradılır. Növbəti mərhələdə digər çaplı snayper patronlarının da yaradılması nəzərdə tutulur.