25/11/2013 12:32

Azərbaycanın “Cobra”ları Türkiyə istehsalı olan raketlərlə silahlanacaq

Türkiyənin ROKETSAN şirkəti Azərbaycanla “Cirit”, OMTAS və UMTAS tank əleyhinə raket sistemlərinin satışına dair görüşmələrə başlayıb. “AzeriDefence”nin xəbərinə görə, bu barədə “Kokpit.aero” saytı ROKETSAN şirkətinə istinadən məlumat yayıb.

Məlumatda qeyd olunub ki, adıçəkilən raketlər “Cobra” zirehli transportyorlarının üzərinə inteqrasiya olunur. Yaxın vaxtlarda raket sistemləri Azərbaycanın silahlanmasına daxil olacaq.