10/01/2014 12:09

Azərbaycanın Əfqanıstandakı sülhməramlılarının bir qrupu vətənə qayıdıb

Yanvarın 9-da Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (İSAF) tərkibində fəaliyyət göstərən Azərbaycan Silahlı Qüvvələrinin 32 nəfərdən ibarət qrupu plana uyğun olaraq rotasiya qaydasında Bakıya qayıdıb. Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 20 noyabr 2002-ci il tarixdən başlayıb.

Hazırda Azərbaycan Silahlı Qüvvələrinin 90 nəfərdən ibarət hərbi qulluqçusu, 2 hərbi həkimi və 2 mühəndis-istehkam ixtisası üzrə zabiti Əfqanıstanda beynəlxalq sülhyaratma missiyasında iştirak edir.