30/07/2015 16:45

Azərbaycanın hərbi gəmiləri Rusiyada – FOTOLAR

“Xəzər Dənizi-2015” dəniz biatlonuna qatılan Azərbaycan Hərbi Dəniq Qüvvələrinin (HDQ) G-122 və G-124 gözətçi gəmisi, Rusiya HDQ Xəzər Flotiliyasının “Uqliç” və “Dağıstan”, Qazaxıstan HDQ-nin “Sarıarka” və “Oral” raket gəmiləri hazırlıq prosesi çərçivəsində birlikdə dənizə çıxıb.
Bu barədə “AzeriDefence” Rusiyanın Müdafiə Nazirliyinə istinadən məlumat verib.

Hazırlıq çərçivəsində gəmi komandirləri və ekipajı döyüş tapşırıqlarının icra ediləcəyi rayonları öyrənəcək və dəniz rayonunun naviqasiya xüsusiyyətləriylə tanış olacaqlar.

Müsabiqəyə hazırlıq çərçivəsində gəmilərdən kiçik ölçülü artilleriya vasitələri ilə dəniz, hava hədəflərinə və üzən minalara atışlar keçiriləcək.

Qeyd edək ki, avqustun 3-dən 15-dək davam edəcək dəniz biatlonunda Azərbaycan HDQ-nin iki gözətçi və bir yedək gəmisi iştirak edir.