27/02/2014 04:48

Azərbaycanın müdafiə naziri NATO-da müzakirələrə qatılacaq

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Belçikanın paytaxtı Brüssel şəhərinə səfər edib. Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Z. Həsənov NATO-nun Brüssel şəhərindəki Mənzil-Qərargahında Şimali Atlantika Şurasının Əfqanıstanda Təhlükəsizliyin Dəstəklənməsi üzrə Beynəlxalq Qüvvələrin (ISAF) əməliyyatına töhfə verən qeyri-NATO ölkələri ilə müdafiə nazirləri səviyyəsində fevralın 27-də keçiriləcək görüşündə iştirak edəcək.

Görüş zamanı Əfqanıstanda aparılan ISAF əməliyyatlarının gedişatı, 2014-cü ildən sonra NATO-nun Əfqanıstanda həyata keçirəcəyi Qətiyyətli Dəstək missiyasının planlaşdırılması prosesi və digər cari məsələlər üzrə müzakirələrin aparılması nəzərdə tutulub.