27/08/2014 07:07

Azərbaycanın müdafiə naziri Rumıniyaya səfər edəcək

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Rumıniyanın milli müdafiə naziri Mirça Duşanın dəvətilə avqustun 27-də bu ölkəyə rəsmi səfər gedəcək. Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məllumat verilib.

Səfər çərçivəsində keçiriləcək görüşlərdə ikitərəfli hərbi əməkdaşlıq və qarşılıqlı maraq doğuran bir sıra məsələlərin müzakirə ediləcəyi planlaşdırılır.

Səfər avqustun 28-dək davam edəcək.