15/02/2014 05:46

Azərbaycanın müdafiə naziri Serbiya səfər edəcək

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Serbiyanın müdafiə naziri Neboyşa Rodiçin dəvəti ilə fevralın 17-18-də bu ölkədə rəsmi səfərdə olacaq. Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Səfər çərçivəsində Serbiyanın rəhbərliyi ilə görüşlərin keçirilməsi, ikitərəfli hərbi əməkdaşlığın perspektiv istiqamətlərinin müəyyənləşdirilməsi, təhlükəsizlik məsələlərinin müzakirəsi və “Azərbaycan Respublikası hökuməti və Serbiya Respublikası hökuməti arasında Müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş”in imzalanması nəzərdə tutulub.