26/12/2013 12:23

Azərbaycanın müdafiə naziri Türkiyənin TAI və ASELSAN şirkətində olub

Müdafiə naziri Zakir Həsənovun başçılıq etdiyi nümayəndə heyəti bu gün Türkiyə müdafiə sənayesinin aparıcı şirkətlərində olub. “AzeriDefence”nin məlumatına görə, əvvəlcə müdafiə naziri Türkiyə Aviasiya Sənayesi (TAI) şirkətində olub. Burada müdafiə nazirinə TAI tərəfindən istehsal olunan “Anka” pilotsuz uçuş aparatı, “Hürkuş” təlim təyyarəsi, T-129 ATAK döyüş helikopteri, dronlar (hədəf təyyarələr) və s. barədə məlumatlar verilib.

Daha sonra Azərbaycan nümayəndə heyəti ASELSAN şirkətinə baş çəkib. Burada nazirə ASELSAN istehsalı olan müxtəlif məhsullar nümayiş etdirilib, geniş məlumatlar verilib.