25/04/2015 15:18

Azərbaycanın müdafiə naziri Türkiyəyə yola düşüb

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Türkiyəyə yola düşüb.

“AzeriDefence”nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Zakir Həsənovu səfərə Türkiyənin milli müdafiə naziri cənab İsmət Yılmazın dəvət edib.

Azərbaycan müdafiə naziri Çanaqqala zəfərinin 100-cü ildönümü münasibətilə anım mərasimində iştirak edəcək.