12/03/2015 11:14

Azərbaycanın müdafiə naziri Xorvatiyanın prezidenti ilə görüşüb

Martın 11-də müdafiə naziri general-polkovnik Zakir Həsənovu Xorvatiyanın prezidenti xanım Kolinda Qrabar-Kitaroviç qəbul edib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə hər iki ölkə arasında əlaqələrin bütün istiqamətlər üzrə müvəffəqiyyətlə inkişaf etdiyi vurğulanaraq, səfərin uğurla keçdiyi və görüşlərin hərbi sahədə əməkdaşlığa mühüm töhfə verəcəyinə, o cümlədən əlaqələrin daha da genişlənəcəyinə ümidvar olunduğu bildirilib.

Görüşdə təhlükəsizlik və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.