08/11/2013 11:51

Azərbaycanın müdafiə sənayesi naziri ABŞ hərbi attaşesi ilə görüşüb

Müdafiə sənayesi naziri Yavər Camalov ABŞ Silahlı Qüvvələrinin Azərbaycandakı hərbi attaşesi, polkovnik Kristofer Monahanı qəbul edib. Bu barədə “AzeriDefence”yə Müdafiə Sənayesi Nazirliyindən məlumat verilib.

Görüş zamanı nazir Yavər Camalov hərbi attaşeyə fəaliyyətində uğurlar arzulayıb. Azərbaycan ilə ABŞ arasındakı ikitərəfli münasibətlərin inkişaf səviyyəsini yüksək qiymətləndirdiyini bildirib.

Görüşdə Yavər Camalov Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti barədə attaşeyə məlumat verib.

Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.