26/03/2014 05:10

Azərbaycanın OCC taborunun 2-ci səviyyəli NATO qiymətləndirmə təlimi keçiriləcək

2013-cü il. Hərbi paradda "Negev" pulemyotu ilə keçid edən OCC bölməsi

Mayın 5-dən 8-dək Bakıda Azərbaycan Silahlı Qüvvələrinin Əməliyyat İmkanları Konsepsiyası taborunun (OCC) 2-ci səviyyəli NATO qiymətləndirmə təliminin keçirilməsi planlaşdırılır. Bu barədə “AzeriDefence” Müdafiə Nazirliyinin saytına istinadən məlumat verib.

NATO ekspertlərinin iştirakı ilə keçiriləcək təlimdə OCC taboru tərəfindən qarşıya qoyulan müxtəlif elementlərin icra səviyyəsi qiymətləndiriləcək.

Qeyd edək ki, OCC taborunun ştat strukturunun 2015-ci ildə briqada səviyyəsinə keçirilməsi nəzərdə tutulur.