25/01/2012 12:53

Azərbaycanın “Qartal”ı bazarda patronun qiymətin aşağı salıb – ARAŞDIRMA

Mütəxəssislər “Qartal”ın keyfiyyətinə görə Türkiyə və Rusiya istehsalı olan patronlardan heç də geri qalmadığın bildirirlərÖtən il Azərbaycanda bazara çıxarılan ov tüfəngləri üçün “Qartal” markalı yerli istehsal olan patronlar hələ də geniş mənimsənilmir. “AzeriDefence” saytının Bakı, Gəncə və Sumqayıt şəhərində ov silahlarının satışını həyata keçirən mağazalarda apardığı sorğunun nəticələrinə görə, “Qartal” markalı patronların bazarda pərakəndə və topdan satış qiyməti də aşağıdır. Belə ki, adıçəkilən patronun satış qiyməti müəssisədə topdan (12 və 16 kalibr) 45 qəpik, mağazada pərakəndə satış qiyməti isə 50-60 qəpikdir.

Mütəxəssislərin sözlərinə görə, “Qartal” keyfiyyətinə görə hazırda satışda olan Türkiyə və Rusiya istehsalı olan patronlardan heç də geri qalmır.

Araşdırmaların nəticələrinə görə, yerli istehsal olan patronlar bazara təqdim olunandan sonra digər markalar üzrə qiymətlərin aşağı düşməsinə təsir göstərib.

Qeyd: Ov silahları bazarındakı vəziyyətlə bağlı araşdırmanı siz yaxınlarda www.azeridefence.com saytı üzərində yayımlanacaq on-line dərgimizdə oxuya bilərsiniz.