24/05/2013 08:24

Azərbaycanlı kursant Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə – FOTO

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Necdət Özəl mayın 17-də İşıklar Hərbi Hava Liseyində olub. “AzeriDefence”nin Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahına istinadən verdiyi məlumata görə, general N. Özəl Hərbi Liseydəki şəraitlə tanış olub, orada təhsil alan kursantlarla görüşüb.

Daha sonra Baş Qərargah rəisi kursantlarla birgə nahar edib.

Baş Qərargahın yayımladığı fotolarda general N. Özəllə bir yerdə İşıklar Hərbi Hava Liseyində təhsil alan azərbaycanlı kursant da yer alıb.