20/06/2016 15:45

AzTU-nun xüsusi texnika və texnologiya fakültəsinin ilk məzunları buraxılır

Azərbaycan Texniki Universitetinin (AzTU) Xüsusi texnika və texnologiya fakültəsinin bu il ilk məzunları buraxılır.

Bu barədə “AzeriDefence”yə AzTU-nun mətbuat xidmətindən məlumat verilib.

Tələbələrin buraxılış işləri müdafiəsində iştirak edən universitetin rektor Havar Məmmədov bildirib ki, milli mühəndislərə, silah konstrukturlarına son dərəcə ehtiyac duyulduğu bir dövürdə fakültədə aparılan işlər və yüksək ixtisaslı mütəxəsislərin hazırlanması istiqamətində həyata keçirilən fəaliyyət artıq öz nəticəsini verməkdədi. Bu il yeni yaradılan fakültənin 70 tələbəsi məzun olacaq.

Onun sözlərinə görə, fakültənin yaradılmasında əsas məqsədin Müdafiə Sənayesi Nazirliyini xüsusi ixtisaslı mühəndis kadrları ilə təmin etməkdir. Rektor deyib ki,  bu il ilk məzunlarını buraxan fakültədə tədris çox yüksək səviyyədə qurulub.

Tələbələrin müdafiəsi Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnisitutunun direktoru Novruz Abdullayevin rəhbərlik etdiyi universitetin professor-müəllim heyyətindən təşkil olunan Dövlət Atestasiya Komisiyası tərəfindən aparılıb.

Komisiya üzvləri buraxılış işlərinin Müdafi Sənayesi Kompleksinin müəssisələrinin marağına uyğun işlənildiyini və yüksək əhəmiyyət kəsb edən məsələlər olduğunu deyiblər. İlk olaraq müdafiəyə qatılan 6 tələbənin buraxılış işləri Optotexnika mühəndisliyi və Çoxkanallı radiorele, troposfer rabitəsinin cihazlarının təmiri, istismarı və istehsalı sahələri üzrədi. Buraxılış işinin müdafiəsinə hazırlaşan 65 tələbənin mövzusu isə fakültədə tədris olunan 5 ixtisas- Silah və silah sistemlərinin istehsal texnologiyası mühəndisliyi, Optotexnika, Pirotexniki vasitələrin texnologiyası, Çoxkanallı radiorele və troposfer rabitəsinin yerüstü aparatlarının hazırlanması, istismarı və təmiri, Kompozisiya materiallarından müdafiə təyinatlı məmulatların layihələndirilməsi və istehsalı üzrədi.

Qeyd edək ki, Azərbaycan Texniki Universitetinin (AzTU) Xüsusi Texnika və Texnologiya Fakültəsi (XTTF) Nazirlər Kabinetinin “Azərbaycan Respublikası müdafiə kompleksi üçün yüksəkixtisaslı kadrların hazırlanması haqqında” 07.06.2011-ci il tarixli 91 nömrəli qərarı əsasında yaradılıb.

aztu_telebe2